“Qarabağ” qrup mərhələsində son matçına çıxacaqbackend

“Qarabağ” qrup mərhələsində son matçına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu matçını keçirəcək.
TİA.AZ xəbər verir ki, ağdamlılar H qrupundakı altıncı sınağında İsveçrə “Bazel”inin qonağı olacaq. “Sent Yakob-Park” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.
Hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” mərhələni qrup lideri kimi tamamlama üçün qələbə qazanmalıdır. Qələbə qazanacaqları təqdirdə Qurban Qurbanovun kollektivi birbaşa Konfrans Liqasının 1/8 final mərhələsində çıxış etmək hüququ qazanacaq. Qrupdan ikinci yerlə çıxan kollektiv isə 1/16 final mərhələsindən başlayacaq. Bu oyun “köhlən atlar”ın avrokuboklarda 140-cı görüşü olacaq.
Qrupun digər oyununda “Omoniya” (Kipr) “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.
UEFA Konfrans Liqası
 
Qrup mərhələsi, VI tur
 
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)
Bazel, “Sent Yakop-Park” stadionu.
“Bazel” – 11, “Qarabağ” – 11, “Omoniya” – 3, “Kayrat” – 1