“Qarabağ” “Qəbələ”ni darmadağın edib liderliyə yüksəldibackend

“Qarabağ” “Qəbələ”ni darmadağın edib liderliyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

TİA.AZ-ın məlumatına görə, “Qarabağ” “Azersun Arena”da “Qəbələ” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 22-ci dəqiqədə Ağdam klubunun heyətində Filip Ozobiç vurub. Xorvatiyalı yarımmüdafiəçi 12 dəqiqə sonra penaltidən fərqlənməklə həm dubl edib, həm də komandasının üstünlüyünü 2 topa çatdırıb. 38-ci dəqiqə Mahir Emreli 3-cü qolu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə qonaqların albaniyalı müdafiəçisi Yurgen Qoxa zədələnərək meydanı tərk edib. Onu Ehtiram Şahvediyev əvəzləyib.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Qəbələ” isə 21 xalla 5-ci pillədə qalib.

Qeyd edək ki, günün ilk oyununda “Səbail” evdə “Keşlə” ilə heç-heçə edib – 1:1. Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.