Qarabağ qazisinin “Adını sen koy” kitabının təqdimatı keçirildi – FOTOLARbackend

Qarabağ qazisinin “Adını sen koy” kitabının təqdimatı keçirildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2022-ci il yanvar ayının 22-də “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Qarabağ qazisi, 1-ci qrup görmə əngəlli hərbi əlil, yazar Zaur Bayramoğlunun qardaş Türkiyədə çap olunmuş “Adını sen koy” kitabının təqdimatı keçirildi. 
Giriş sözü ilə təqdimatı açan “Libraff”ın PR mütəxəssisi, bloger Sərxan Rüstəmov 2001-ci ildə hərbi tapşırığı yerinə yetirərkən mina partlayışı nəticəsində görmə qabiliyyətindən və altı barmağından məhrum olmuş qazi -yazar haqqında qısaca məlumat verdikdən sonra sözü müəllifə verdi. 

 


 Z.Bayramoğlu özünün “Yaşma”dakı fəaliyəti, ordudan tərxis olunduqdan sonra onu hərbi vətənpərvərlik mövzusunda əsərlər yazmağa sövq edən səbəblər və özünün “Öz üzərində qələbə”, “Döyüşlə kəşfiyyat” kitabları, ayrı-ayrı əsərləri və son kitabı olan “Adını sen koy” kitabının Türkiyədə nəşri prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verdi.
Təqdimatda iştirak edən qonaqlardan AYTV -1-in rəhbəri Aygün Şərifova, polkovnik-leytenant, hərbi jurnalist İbrahim Rüstəmli, Zaur bəyin tələbə yoldaşı, tarixçi Namiq Əsədov, müxtəlif idman növləri üzrə 3 dəfə dünya üçüncüsü, 5 dəfə Azərbaycan çempionu  Pərviz Əliyev və b. çıxış edərək, Vətəninə və şərəflə xidmət etdiyi Azərbaycan Ordusuna qəlbən bağlı olan Zaur Bayramoğlunun özünün ordudakı fiziki varlığından məhrum olduqdan sonra qələmi və zəkası ilə yenə də xalqına xidmət edən həqiqi bir qəhrəman olduğundan, onunla Azərbaycan əsgərinin mübariz siması kimi fəxr etdiklərindən söz açdılar və qazi-yazara gələcəkdə daha böyük yaradıcılıq uğurları arzuladılar.