Qarabağ qazisindən Bursada duyğulandıran görüntü – VİDEObackend

Qarabağ qazisindən Bursada duyğulandıran görüntü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində bomba partlaması nəticəsində yaralanan qazimiz Emil Qocayev Türkiyənin Bursa şəhərində müalicə olunur. 

Büalicələri müsbət effekt verən hərbçimiz artıq ayağa qalxaraq yeriməyə başlayıb. Bu haqda Türkiyə mətbuatında xəbər yer alıb. Əlil arabası ilə gəldiyi xəstəxanadan artıq yeriyərək çıxacağını bildirən qazimiz deyir ki, həyatda hamı mübariz olmalıdır:

“2020-ci ilin noyabrında II Qarabağ müharibəsi zamanı bomba partlaması nəticəsində yaralandım. Bura gələndə yeriyə bilmirdim. Həkimlərimiz, fizioterapevtlərimiz mənə nə lazımdırsa, etdilər. İndi ayaqda dayanmağımın səbəbi buradakı və Azərbaycanda həkimlərin səyinin nəticəsidir.  Ömür bitənə qədər mübarizə aparmalıyıq. Bizə heç nə mane ola bilməz. Daha yaxşı olmaq üçün mübarizə aparmalıyıq”.

Ətraflı videoda: