Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? – AÇIQLAMAbackend

Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsinin qazilərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ilə qədər bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi qaziləri bu ödənişi ala bilməyiblər.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətindən Cehhe.info-ya dövlət tərəfindən sözügedən ödənişin təyin olunduğu və fevral-mart aylarında verilməsinə başlanacağı bildirilmişdi.

Artıq mart ayı bitir. Bu dəfə də Birinci Qarabağ müharibəsi qazilərinə sığorta ödənişlərinin verilməsi təxirə salındı?

“Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Birinci Qarabağ Müharibəsinin qazisi Rey Kərimoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, sığorta ödənişlərinin verilməsinin təxirə düşdüyünü düşünmür:

“Ola bilsin ki, bayrama görə sığorta pulunun ödənişi ləngiyib. Mənə verilən məlumata görə, ödənişlərin verilməsinə başlanılmalıdı. Deyilənə görə, bununla bağlı Prezidentin fərmanı olmalıdır. Yəqin ki, apreldə olar”.

Qeyd edək ki, qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır ki, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əliliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əliliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.