“Qarabağ” püşkatmada hansı səbətdə yer alacaq?backend

“Qarabağ” püşkatmada hansı səbətdə yer alacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki səbəti müəyyənləşib. 
TİA.AZ xəbər verir ki, Ağdam klubu püşkatma zamanı 2-ci səbətdə yer alacaq. Buna səbəb Türkiyə təmsilçisi “Trabzonspor”la, Norveç komandası “Budö Qlimt”in ÇL-də mübarizəni dayandırması olub.
UEFA reytinqondə “Qarabağ”da geridə olan komandaların Avropa Liqasının qrupuna düşməsi Azərbaycan çempionunun 2-ci səbətdəki yerini dəqiqləşdirib.
Komandanın qrup mərhələsindəki potensial rəqiblərindən 11-i də dəqiqləşib. İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” (Serbiya) komandalarıdır. Hələlik üçüncü səbətdə Almaniyanın “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçika “Yunion” ilə Türkiyə “Trabzonspor”unun olacağı dəqiqdir. PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa) və “Real Sosyedad” (İspaniya) II səbətdə yer alacaq və “Qarabağ”la düşməyəcək.
UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.
Qrup mərhələsinin püşkatma mərasimi avqustun 26-da keçiriləcək.