backend

“Qarabağ” oynamağa imkan vermirdi” –Maudo Jarjue

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük komandaya qarşı oynayırdıq”
 

“Səbail”in müdafiəçisi Maudo Jarjue Topaz Premyer Liqanın X turunda “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qvineya-bisaulu futbolçu əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

– Böyük komandaya qarşı oynayırdıq. Bilirdik ki, çətin olacaq. Meydanda sonadək əzmkar mübarizə apardıq. Ancaq son dəqiqələrdə buraxdığımız səhv bizə baha başa gəldi. Oyunun sonunda qol buraxmaq daha pis təsir etdi. Amma nə etmək olar? Gələn oyunlara daha yaxşı hazırlaşmaq lazımdır.

– “Qarabağ” azlıqda qaldıqdan sonra “Səbail”in daha çox hücum edəcəyi gözlənilirdi. Amma siz əksinə, müdafiəyə çəkildiniz və qorxaq futbola üstünlük verdiniz. Sanki heç-heçəyə razı idiniz…

– Bir qədər problemlərimiz var idi. Rəqibin güclü olması komandada gərginlik yaratmışdı. “Qarabağ” çox yaxşı komandadı. Bizə oynamağa imkan vermirdi. Çempionlar Liqasında mübarizə aparırlar. Hücum etmək çox çətin idi.

– Ötən oyunda komandanızın kapitanı Eltun Yaqublu ilə aranızda problem olmuşdu. Hazırda münasibətləriniz necədi?

– Adi epizod idi. Aramızda anlaşmazlıq oldu. Biz oyundan sonra həm dəhlizdə, həm də soyunub-geyinmə otağında söhbət eləmişdik. Son dəqiqələrdə qol buraxmaq istəmirdik. Ona görə gərginlik var idi. Bu gərginlik fonunda da aramızda istər-istəməz anlaşılmazlıq yarandı. Lakin daha sonra oturduq və söhbəti etdik. Hər şey yolundadı.

– Baş məşqçi Samir Əliyev deyib ki, artıq hər ikiniz cərimələnmisiniz.

– Bəli, bizə pul cəzası verilib. Baş məşqçi istəsə, məbləğini açıqlayacaq.