“Qarabağ münaqişəsində bizim müttəfiqimiz yoxdur” – Levon Ter-Petrosyanbackend

“Qarabağ münaqişəsində bizim müttəfiqimiz yoxdur” – Levon Ter-Petrosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın müttəfiqi yoxdur və bu reallıqdan çıxış etmək qaçılmazdır. Bunu iyunun 7-də Ermənistanın birinci Prezidenti, «Erməni milli konqresi» (EMK) partiyasının lideri Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi birliyin seçkiqabağı proqramının prezentasiyası zamanı bəyan edib.

Onun sözlərinə görə, pratiki olaraq, ölkənin bütün siyasi partiyaları anlaya bilmirlər ki, Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi yoxdur, amma insanlar əvvəlki kimi, «ya Amerikaya, ya İrana, ya da daha kimə isə ümidlə baxırlar».

EMK-nin seçkiqabağı proqramının xarici siyasi hissəsində erməni diplomatiyasının bütün istiqamətlər üzrə inkişaf etdirilməsi, həm də Rusiya ilə münasibətlərin qarşılıqlı strateji maraqlar əsasında dərinləşdirilməsi qeyd olunur.

«Əgər biz, eyni səhvləri təkrarlasaq, biz dünyanın ən miskin ölkəsinə çevriləcəyik. Biz, bunu istəyirikmi?» – Levon Ter-Petrosyan sual edir.

Onun sözlərinə görə, 20 iyun növbədənkənar parlament seçkiləri qarşısında Ermənistanda iki qütb formlaşıb və onların nümayəndələri nəyin hesabına olursa olsun, hakimiyyətə gəlmək istəyirlər. Bu arada isə cəmiyyət qarşıda duran çağırışlara hazır olmalıdır.

«Hər iki tərəf nəhəng maliyyə, inzibati və kriminal resurslara malikdir və istənilən addıma gedəcək ki, məqsədə çatsın. Belə situasiyanın doğurduğu təhlükələr barədə danışmaq istəmirəm» – eks-prezident qeyd edib.

Bu, bir həqiqətdir ki, Qarabağ münaqişəsində Ermənistanın müttəfiqi yoxdur. Bunun yeganə səbəbi var – bu münaqişənin alovlanmasının səbəbkarı kimi, Ermənistan HAQSIZ TƏRƏFDİR. Amma erməni xislətindən qaynaqlanan məkrin «sərxoşluğu» altında xaotik hərəkətlər edən ermənilər bunca gün kimi aydın həqiqəti də təhrif edərək, ondan sui-bəhrə götürməyə çalışırlar. Necə deyərlər, miskin erməni «oxu atıb, yayı gizlətməyə çalışır.»