“Qarabağ” millinin hücumçusunu 200 min dollara transfer etdibackend

“Qarabağ” millinin hücumçusunu 200 min dollara transfer etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” “Bursaspor”un hücumçusu Dzon Delarqeni transfer edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqa klubu ilə gələn yaya qədər müqaviləsi olan konqolu futbolçu üçün “Bursasepor”a 200 min dollar ödənilib.
Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriyanın “Admira” klubundan 400 min avroya transfer olunmuşdu. Hazırda “Transfermarkt” ona 700 min avro qiymət qoyub. 28 yaşlı futbolçu ötən mövsüm 30 rəsmi oyunda 5 qol vurub.
Dzon Delarqe əvvəllər Kamerunun “Union Douala”, Slovakiyanın “Dunayska”, Çexiyanın “Slovan” və Türkiyənin “Osmanlıspor” klublarında çıxış edib. 2012-ci ildən Konqo millisinə çağırılan futbolçu 11 oyunda 1 qol vurub.