QARABAĞ MƏSƏLƏSİ YENİDƏN BMT-də MÜZAKİRƏ OLUNA BİLƏRbackend

QARABAĞ MƏSƏLƏSİ YENİDƏN BMT-də MÜZAKİRƏ OLUNA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əgər Qarabağda vəziyyət daha da pisləşərsə, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq”. TİA.AZ xəbər verir ki, bu açıqlamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya verib.
O qeyd edib ki, belə bir müzakirə olarsa, problemi həll etmək məsələsinin hansı formatda olacağına da ayrıca qərar verəcəklər. “Moskva və Vaşinqtonun cəhdlərinə baxmayaraq, tərəflər hələ də atəşkəs rejiminə əməl etmirlər. Bu gün atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün hələlik heç bir mexanizm yoxdur. Humanitar pauza yoxdur”.
Nebenzya vurğulayıb ki, hal hazırda Azərbaycan və Ermənistan münaqişənin həllindən çox uzaqdırlar. “Müəyyən zaman kəsimində biz münaqişənin dinc yolla həllinə çox yaxın idik. Və buna ümid edirdik. Lakun bu belə deyilmiş. Bu gün biz yerimizdə sayırıq. Ümid edirik ki, tərəflər atəşkəs elan edib, siyasi danışıqlara start verəcəklər”.