“Qarabağ” məğlub oldubackend

“Qarabağ” məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
TİA.AZ xəbər verir ki, turun son matçında “Qarabağ” səfərdə “Səbail”in qonağı olub. “ASCO Arena”da keçirilən qarşılaşma “Səbail”in qələbəsi ilə bitib – 3:1. Meydan sahiblərindən Raysel, Mirsayib və Turan Manafov fərqlənib. “Qarabağ”ın yeganə qolunu isə Kadi Borqes rəqib qapısından keçirib.
Məğlubiyyətə baxmayaraq “Qarabağ” 17 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. Eyni xala malik “Neftçi” isə ikinci pillədədir.
Azərbaycan Premyer Liqası, VIII tur
19:00. “Səbail” – “Qarabağ” 3:1
(Nikolas Raysel, 33, Mirsayib Abbasov, 42, Turan Manafov, 90+1 – Kadi Borqes, 65)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
8-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
“Sabah” – “Sumqayıt” 3:0
“Neftçi” – “Zirə” 2:1
“Qəbələ” – “Keşlə” 3:2
“Qarabağ” – 17, “Neftçi” – 17, “Qəbələ” – 15, “Zirə” – 12, “Səbail” – 9, “Sumqayıt” – 8, “Keşlə” – 7, “Sabah” – 4