“Qarabağ”-“Lex” oyununun biletləri bu gündən satışa çıxarılırbackend

“Qarabağ”-“Lex” oyununun biletləri bu gündən satışa çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Lex” (Polşa) oyununun biletləri bu gündən satışa çıxarılır.
TİA.AZ bildirir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək).
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.
Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.