“Qarabağ” “Lex”i darmadağın etdi-VİDEObackend

“Qarabağ” “Lex”i darmadağın etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə cavab qarşılaşmasına çıxıb.

TİA.az xəbər verir ki, hesab oyunun ilk dəqiqəsində açılıb. Belə ki, Polşa təmsilçisi hesabda irəli keçib. Oyunun sonrakı dəqiqələri “Qarabağ”ın üstünlüyü ilə keçib. Ağdam təmsilçisi rəqibin qapısından 5 top keçirib. Hesab “Qarabağ”ın 5:1 qələbəsi ilə yekunlaşıb.

Beləliklə Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda mərhələni adlayaraq 2-ci  təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Cavab oyunu

20:00. “Qarabağ” – “Lex” – 5:1

Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 0:1