Tribuna İnformasiya Agentliyi

“Qarabağ” italiyalı qapıçını transfer edir

21 İyun

“Qarabağ” klubu İtaliyanın “Peskara” klubunun italiyalı qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istəyir.

“Report” “Alfredopedulla.com” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin klubu ilə razılıq əldə edib və bu transfer üçün 600 min avro ödəyəcək.

Son ölkə çempionu Fiorilloya ikiillik müqavilə təklif edib. Oyunçunun “Peskara” ilə birillik müqaviləsi mövcuddur.