“Qarabağ”ın şikayətindən nə xəbər? (AÇIQLAMA)backend

“Qarabağ”ın şikayətindən nə xəbər? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AFFA İntizam Komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda qonaqların 8 nömrəli futbolçu Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün klub 3000 manat məbləğində cərimələnib.
Lakin bu cəza ilə razılaşmayan “Qarabağ” klubu məsələ ilə bağlı AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət edərək qərarın yenidən gözdən keçirilməsini xahiş edib.
Məsələni diqqətdə saxladığımız üçün “Qarabağ” klubuna müraciət etdik. AFFA Apelyasiya Arbitraj Tribunalından “Qarabağ”ın müraciətinə nə cavab verildiyini Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadədən öyrəndik.
“Məsələni gündəmdə saxladığınız üçün sizə təşəkkür edirik. Bəli, biz artıq AFFA Apellyasiya Arbitraj Tribunalına rəsmi müraciət ünvanlamışıq. Müraciətdə İntizam Komitəsinin verdiyi cəzanın ləğvi üçün haqlı hesab etdiyimiz bütün məqamları qeyd etmişik. Bu barədə yenidən detallı danışmaq istəmirəm. Hələlik, “Qarabağ”ın apellyasiya şikayətinə nə vaxt baxılacağı ilə bağlı qərar yoxdur. Ümid edək ki, tezliklə bu məsələyə baxılacaq. İnanırıq ki, AFFA Apellyasiya Arbitraj Tribunalı müraciətimizə tezliklə baxacaq və ədalətli hesab etdiyimiz qərarı – cəzanın ləğvini təmin edəcək”, deyə klub rəsmisi bildirib.