“Qarabağ”ın müdafiəçisi rəqibinə şillə vurub, referi penalti təyin etməyib-VİDEObackend

“Qarabağ”ın müdafiəçisi rəqibinə şillə vurub, referi penalti təyin etməyib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XII tur oyununda insident baş verib.

TİA.AZ-ın n məlumatına görə, matçın 69-cu dəqiqəsində qonaqların müdafiəçisi Kevin Medina cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə şillə vurub. Lakin matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb.

Halbuki qaydalara əsasən, həmin epizodda kolumbiyalı meydanda qovulmalı, Ağdam təmsilçisinin qapısına isə penalti təyin olunmalı idi. Yeri gəlmişkən, bu, Rəhimovun Premyer Liqada idarə etdiyi ilk qarşılaşma olub.

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.