“Qarabağ”ın legioneri: “Ölkə üçün çətin dönəmdir”backend

“Qarabağ”ın legioneri: “Ölkə üçün çətin dönəmdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Döyüşlərdə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim”.
Bunu “Qarabağ”ın futbolçusu Kadi Borges Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi sabah çətin oyuna çıxacaqlarını söyləyib: “Bizi rəqabətli qarşılaşma gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.