“Qarabağ”ın əsas qol ümidi komandadan getdibackend

“Qarabağ”ın əsas qol ümidi komandadan getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İbrahima Vadji “Qarabağ”dan ayrılıb. Seneqallı futbolçu sabah və ya birisigün “Sent Etyenn”lə müqavilə imzalayacaq.
TİA.AZ xəbər verir ki, “Qarabağ”dan bu məlumatı rəsmən təsdiqləyiblər və Vadjinin “Sent Etyenn”lə müqavilə imzalamaq üçün hazırda Fransada olduğunu bildiriblər.

Qeyd edək ki, “Transfermarkt” saytının məlumatına görə “Qarabağ” Vadjini Norveçin “Hauqessun” klubundan 600 min avroya transfer etmişdi.
Fransanın “Lequipe” nəşrinin məlumatına görə, Ağdam təmsilçisi Vadjinin satışından 1 milyon avro əldə edəcək.