“Qarabağ”ın ÇL-dəki növbəti rəqibi müəyyənləşdibackend

“Qarabağ”ın ÇL-dəki növbəti rəqibi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşib. İlk 2 mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası bu dəfə Norveç “Mölde”sinə rəqib olub. Təmsilçimiz ilk iki oyundakı kimi yenə rəqibini Bakıda qəbul edəcək.
Qeyd edək ki, oyunlar sentyabrın 15-16-da keçiriləcək və qalib bir oyunun nəticəsinə görə müəyyənləşəcək. Qarşılaşmalar püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar Yolu
Qarabağ (Azərbaycan) – Mölde (Norveç)
Ferentsvaroş (Macarıstan) – Dinamo (Xorvatiya)
Omoniya (Cənubi Kipr) – Srvena Zvezda (Serbiya)
Midtüllann (Danimarka) – Yanq Boyz (İsveçrə)
Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)
Liqa Yolu
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland)
Gent (Belçika) – Rapid (Vyana, Avstriya)