“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti bilindi – Qurban Qurbanovun oğlu da varbackend

“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti bilindi – Qurban Qurbanovun oğlu da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” və onun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniya “Sileks”inin turnirdə yarışacağı heyət bəlli olub.
Hər iki komanda 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib.
Heyətdə ilk dəfə baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var. Hər iki komandanın heyətini təqdim edirik.
“Qarabağ”:
Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı;
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədəvi Hüseynov, Kevin Medina;
Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Qerye, Ruslan Hacıyev;
Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı.
“Sileks”:
Qapıçılar: Daniel Bojinovski, Xristiyan Petkovski, Qoran Traykovski;
Müdafiəçilər: Deyan Blaqoyeviç, Srcan Draşkoviç, Xristiyan Qrozdanoski, Anqelçe Timovski, Filip Kostovski, Daniel Karçeski, Andrey Kirovski;
Yarımmüdafiəçilər: Boyan Spirkoski, Miloş Jeravitsa, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov;
Hücumçular: İvan İvanovski, Stefan Curiç, Kristiyan Kostovski, Pepi Qorgiev, Darko Qrozdanoski, Nenad Neşovski, Deyan Tanturovski.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.