“Qarabağ” haitili futbolçusunu geri qaytardığını bəyan etdi – FOTObackend

“Qarabağ” haitili futbolçusunu geri qaytardığını bəyan etdi – FOTO

“Qarabağ” sabiq futbolçusu Donald Qeryeni yenidən transfer etdiyini rəsmi şəkildə açıqlayıb.

Tia.az xəbər verir ki, Ağdam təmsilçisi “Facebook” səhifəsi vasitəsilə haitili müdafiəçinin şəklini paylaşıb.

Bununla Azərbaycan çempionu “Neftçi”dən ayrılan Qeryenin komandaya qayıtdığını elan edib.

Xatırladaq ki, dünən Donald Qerye özü də “Qarabağ”a döndüyünü öz “Instagram” hesabı vasitəsilə açıqlamışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki