Tribuna İnformasiya Agentliyi

“Qarabağ” Fransanın “Lans” klubunun futbolçusunu transfer edib

26 İyun

Fransanın “Lans” klubu futbolçusu Abdulla Zubirin “Qarabağ”a transferini təsdiqləyib

Klubun saytında yerləşdirilmiş məlumata görə, Fransa təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün Ağdam təmsilçisi ilə razılığa gəldiyini bəyan edib. “Lans” klubu oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün “Qarabağ” klubunun 1 milyon avro ödəyəcəyini yazıb.