“Qarabağ” – “Ferentsvaroş” oyunu üçün ucuz biletlərin hamısı satılıbbackend

“Qarabağ” – “Ferentsvaroş” oyunu üçün ucuz biletlərin hamısı satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.
İyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.