QARABAĞ ERMƏNİLƏRİNİN QAZI BİR HƏFTƏLİK KƏSİLİR – İKİ ŞOK SƏBƏB…backend

QARABAĞ ERMƏNİLƏRİNİN QAZI BİR HƏFTƏLİK KƏSİLİR – İKİ ŞOK SƏBƏB…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 29-dan iyulun 5-nə kimi, Ermənistandan Xankəndinə çəkilmiş qaz kəməri fəaliyyətini dayandıracaq. TİA.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Xankəndi və ətrafı isə 7 gün qazsız qalacaq. Separatçılar deyirlər ki, buna səbəb magistralkəmərdə təmir işlərinin aparılmasıdır.
Lakin erməni mediasında bununla bağlı iki xəbər yayılıb. Birinci xəbər odur ki, sözügedən qaz kəməri yeni çəkilən Laçın yolu boyunca köçürülür. Lakin 25 km-lik kəmərin köçürülməsinin bir həftəyə başa gəlməsi mümkünsüz hesab olunur.
İkinci versiya isə budur ki, Ermənistandan Xankəndinə çəkilmiş kəmər birdəfəlik ləğv olunur. Onun yerini isə Azərbaycanın qaz infrastrukturu tutur. Yəni, Xankəndi və ətraf rayonlara təbii qazın verilməsini bundan sonra Bakı həyata keçirəcək.
Hərçənd rəsmi Bakı bu barədə hər hansı açıqlama vermir. Yalnız bir qədər əvvəl “Azəriqaz” rəsmisi məlumat vermişdi ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziləri mavi yanacaqla təchiz etməyə hazırdır.

TİA. Az