Qarabağ əlilinə ev verildi, pensiyası kəsildi – ŞİKAYƏT+VİDEObackend

Qarabağ əlilinə ev verildi, pensiyası kəsildi – ŞİKAYƏT+VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayonu Mahamalar kənd sakini, III qrup Qarabağ müharibəsi qazisi Məmmədov İlham Həmzət oğlu AFN-ə müraciət edərək, bir neçə aydır pensiyasının kəsildiyini deyib.

İ.Məmmədov qeyd edib ki, hərbi həkim komissiyasından keçsə də, ona cavab verilməyib: “Vəziyyətim acınacaqlı hal alıb. 3 övladım var, onların ehtiyaclarını ödəmək, məktəbə aparıb-gətirmək üçün böyük çətinlik çəkirəm. Prezidentimizdən çox razıyam, 2020-ci ildə mənə ev tikdirib təhvil verdirib. Ona qədər kirayədə yaşayırdım, çox çətinlik çəkirdim. İndi də pensiyamın kəsilməsi mənə çətinliklər yaradıb. Xahiş edirəm aidiyyatı qurumlardan, pensiyamın bərpa olunması üçün prosesi sürətləndirsinlər”.

İ.Məmmədovun müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazıl Talıbov AFN-ə açıqlamasında bildirdi ki, adıçəkilən vətəndaşın pensiyası kəsilməyib: “Onun əlilliyi müddətli olub və müddət bitib. Vətəndaş yenidən müraciət edib, hazırda həkim komissiyalarında baxılmaqdadır. Yaxın günlərdə əyani müayinəyə çağırılacaq və müvafiq qərar veriləcək”.