Tribuna İnformasiya Agentliyi

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı-VİDEO

14 Avqust

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşıb.

TİA.AZ xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Çempionlar Liqasında mübarizəsini başa vuran Ağdam klubu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) – 0:2

Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)