“Qarabağ” bu gün Polşaya gedirbackend

“Qarabağ” bu gün Polşaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib.

Bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək.

Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.