“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilərbackend

“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

TİA.AZ-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də “dənizçilər” qələbə qazanıb. Topların nisbəti bərabərdir – 20:20. “Şamaxı” Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.

Günün ikinci qarşılaşmasında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. 58 xala malik olan “köhlən atlar”a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla “Qəbələ” ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. “Sabah” indiyədək qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XXV tur

3 may

16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, tura mayın 4-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” oyunları ilə yekun vurulacaq.