“Qarabağ” bir çox kluba problem yaradıb” – “Sportinq”in futbolçusubackend

“Qarabağ” bir çox kluba problem yaradıb” – “Sportinq”in futbolçusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Bruno Fernandes Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la matç öncəsi açıqlama verib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, Ağdam klubundan yaxşı oyun gözlədiklərini deyib: “Klubun adı böyük olmasa da, bir çox komandaya problem yaradıblar. Bizim üçün çətin olacağını düşünürəm. Amma ümid edirəm ki, biz qələbə qazanacağıq və Avropa Liqasına 3 xalla başlayacağıq”.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.