Tribuna İnformasiya Agentliyi

“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq

04 Oktyabr

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək.

TİA.AZ xəbər verir ki, “Qarabağ”ın İngiltərənin “Arsenal” komandası ilə oyununa maraq həddindən artıq böyükdür.

Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun saatınadək bütün biletlər satılacaq.

Artıq ən ucuz – 2, 5 və 10 manatlıq biletlər çoxdan satılıb. Bu gün isə 15 və 20 manatlıq biletlər də tükənib. Hazırkı məlumata görə, yalnız 50 manatlıq biletlər qalıb. Onların sayı 51-ə bərabərdir. “Arsenal” azarkeşləri üçün ayrılmış sektor və digər yerlərə isə təhlükəsizlik səbəbindən bilet satışı həyata keçirilmir.

Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.