“Qarabağ” “Aberdin”ə qalib gəldi-VİDEObackend

“Qarabağ” “Aberdin”ə qalib gəldi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib.

Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə meydan sahibləri üstün başlayan tərəf olub. 7-ci dəqiqədə Toral Bayramovun zərbəsini Co Lüis dəf edib. 25-ci dəqiqədə Qara Qarayevin uzaq məsafədən zərbəsi qapının yanından keçib. “Köhlən atlar” 30-cu dəqiqədə hesabı açmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Xayme Romero rəqib müdafiəçini aldatdıqdan sonra topu qapıdan keçirib.

İlk yarının sonlarında “Aberdin” ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməkdə çətinlik çəkib.

İkinci hissədə də “Qarabağ” oyuna daha çox nəzarət etsə də, başqa qol vurulmayıb. 85-ci dəqiqədə Kristian Ramiresin zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev topu asanlıqla tutub. Sonuncu dəqiqələrdə Marko Veşoviç qapıçı ilə təkbətək qalsa da, fərqi artıra bilməyib. Beləliklə, “Qarabağ” Konfrans Liqasında üçüncü qələbəsini də minimal hesabla qazanıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.

19 avqust

Konfrans Liqası

Pley-offun ilk oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) – 1:0
Qol:
 Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu