Tribuna İnformasiya Agentliyi

Qara dənizdə teploxod batdı – İçərisində azərbaycanlılar da var

13 Oktyabr
Qara dənizdə teploxod batıb.
BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, Panama bayrağı altında metal tullantılar daşıyan teploxodda Azərbaycan vətəndaşları da olub. Məlumata görə, batan teploxodun ekipaj üzvlərindən səkkizi xilas edilib, onlar hazırda Novorossiysk limanına hərəkət edən tankerin içindədirlər. Ekipaj üzvlərindən 2-si Türkiyə, 6-sı isə Azərbaycan vətəndaşıdır.