backend

Qar yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 85-95% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və arabir güclənən külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanla r üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.