backend

Qar yağacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Noyabrın 16-dan 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.