backend

Qar avtobusların işini çətinləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. 

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb.

TİA.AZ xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən azVision.az-a verilən məlumata görə, bu vəziyyət daha çox paytaxtın nisbətən yükək ərzilərində Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir.

Bu səbəbdən, həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib.