Qapılarını gəzmək istəyənlərin üzünə açan ölkələrbackend

Qapılarını gəzmək istəyənlərin üzünə açan ölkələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
COVID-19 yayıldığı 1 ildən çox müddət ərzində turizm sahəsinə də dərindən təsir edib.
Problemin qarşısını almaq məqsədilə dünyanın müxtəlif ölkələrində vaksinasiya davam etdirilir. Hazırda 141 ölkədə 590 milyon dozaya qədər peyvənd tətbiq edilib. Bunun nəticəsi olaraq, bir çox ölkələr vaksinasiya olunan turistlər üçün qapısını açmağı planlaşdırır.
Cebhe.info peyvənd olunan turistlər üçün sərhədlərini açan ölkələr barədə araşdırma edib. Sözügedən araşdırmanı təqdim edirik:
Beliz Beliz
Bura yaxın günlərdə peyvənd olunmuş turistləri qəbul edən ilk Karib ölkəsi olub. Səyahətlərindən ən azı iki həftə əvvəl hər iki doza COVID-19 peyvəndi vurdurduqlarını sübut edən sertifikat gətirənlər ölkəyə gəlməzdən əvvəl artıq koronavirus testindən keçməyəcəklər. Belə bir sertifikatı olmayan ziyarətçilər hava limanında 50 dollar dəyərində bir testdən keçməlidirlər.
Ekvador
Tam peyvənd olunmuş şəxslər səyahətdən ən az üç gün əvvəl mənfi PCR testindək keçmək şərtilə Ekvadoru ziyarət edə bilərlər. Ziyarətçilərdən Ekvadorun COVID-19 protokollarına (məsələn, ictimai yerlərdə maska taxmaq, sosial məsafəni qorumaq və 10 nəfərdən çox qrup halında toplanmamaq) xahiş olunub.
Gürcüstan
Gürcüstan tam peyvənd olunmuş səyahətçilər üçün bütün məhdudiyyətləri ləğv edib. Gürcüstan Xarici İşlər Nazirliyi bu yaxınlarda hər hansı COVID-19 peyvəndinin hər iki dozası vurulan ziyarətçilərin mənfi PCR testi etdirmədən ölkəyə girməsinə icazə verildiyini bildirib. Peyvənd olunmamış sərnişinlər səfərdən sonra 72 saat ərzində mənfi PCR testindən keçməlidirlər. Avropa Birliyi ölkələrindən, eləcə də Lixtenşteyn, Norveç və İsveçrədən tam peyvənd olunmuş sərnişinlərdən 1 maydan etibarən mənfi PCR testi göstərilməsi tələb olunmayacaq.
Qvatemala
Bu ölkə 24 fevraldAn etibarən heç bir məhdudiyyət qoyulmadan peyvənd olunanlara qapılarını açıb. İki doza COVID-19 peyvəndi vurdurduqlarını təsdiqləyən etibarlı sertifikat təqdim edən ziyarətçilərə Latın Amerikası ölkəsinə karantinə götürülmə və ya mənfi bir test təqdim etmə öhdəliyi olmadan girməyə icazə verilir. Bununla birlikdə, peyvəndləmənin ikinci dozası ölkəyə gəlmədən ən azı iki həftə əvvəl tətbiq olunmalıdır. COVID-19 peyvəndi olmayan insanlar da Qvatemalaya gedə bilərlər, lakin gəlişdən sonra 72 saat ərzində mənfi PCR testi təqdim etməlidirlər. 10 yaşınadək uşaqlar bu tələblərdən azaddırlar.
Rumıniya
Rumıniyaya gələn bütün sərnişinlər 18 yanvar tarixindən etibarən karantindən azad olunurlar. Yeni qaydalar Avropa ölkəsinin Fövqəladə Hallar Milli Komitəsi (CNSU) tərəfindən açıqlanıb. Komitənin açıqlamasına görə, ziyarətçilər məcburi təcrid olunmamaq üçün iki doza peyvənd vurdurduqlarını sübut edən sənədi təqdim etməlidirlər. İkinci peyvənd dozası ölkəyə gəlmədən ən az 10 gün əvvəl tətbiq olunmalıdır.
Polşa
AB ölkələrindən gələn sərnişinlər COVID-19-a qarşı peyvənd edilməsini təsdiqləyən sənədlə 10 günlük məcburi karantinə girmədən Polşaya gedə bilərlər. Bu, Avropa ölkəsi 28 dekabrda tam peyvəndlənən avropalı turistlər üçün məhdudiyyətləri ləğv edib.