“Qapanmaya getmək olmaz” – Deputatbackend

“Qapanmaya getmək olmaz” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Koronavirusa yoluxma yenə artıb. Məni qorxudan odur ki, bunu əsas gətirib qapanmaya gedərlər. Qapanmaya getmək olmaz və olmaz”.
TİA.AZ xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, sosial vəziyyət çətindir:
“Yaxşı olardı ki, yeni xəstələrin əhvalının yüngül və ya ağır olduğunu bilək. Mənə belə gəlir ki, xəstəliyin ağır keçməsi zəifləməlidir. Nə isə, Allah qorusun! Amma heç cür qapanmaya getmək olmaz. Ölkəmizi, vətəndaşlarımızı və iqtisadiyyatı düşünməliyik. İş yerlərini bağlamaq olmaz”.