Qapanmalar universitetlərə də aiddir? – AÇIQLAMAbackend

Qapanmalar universitetlərə də aiddir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Qərarın ali təhsil müəssisələrinə aid olub-olmadığı məsələsinə gəldikdə isə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.