“Qapanmalar insanlar üçün əlavə problemlərin yaranması deməkdir” – Deputatbackend

“Qapanmalar insanlar üçün əlavə problemlərin yaranması deməkdir” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İctimai təyinatlı obyektlərin bağlılığı, hərəkətdə məhdudiyyətlərin qoyulması insanlarda diskomfort yaradır”.

Bunu millət vəkili Aydın Mirzəzadə  açıqlamasında yoluxmaların sayının kəskin artmasından sonra qapanmalarla bağlı iddialara münasibət bildirərkən deyib.

Deputat koronavirusa gündəlik yoluxmaların hələki nəzarətdə saxlanıldığını qeyd edib:

“Yoluxma sayının kəskin artması müəyyən narahatlıqlar doğurur. Hələ ki, bu vəziyyəti nəzarət altında saxlamaq olar. Artıq dörd – beş gündür ki, yoluxmalar iki min üç yüzdən yuxarı keçmir. Bu bir tərəfdən mövcud məhdudiyyətlərin nəticəsidir, digər tərəfdən isə insanların mövcud vəziyyətə daha məsuliyyətli yanaşdıqlarını göstərir. Demək olar ki, hamı tibbi maska taxır, sosial məsafəni gözləyir.

Deputat deyib ki, qapanmalara getməyə ehtiyac yoxdur:

“Buna görə də mən hesab edirəm ki, hələ ki, qapanmalara ehtiyac yoxdur. Artıq altı yüz minə yaxın insan peyvənd olunub, iki yüz qırx minədək insan yoluxub və onlarda immunitet yaranıb. Bu insanların əksəriyyəti aktiv, daima cəmiyyət içində olan insanlardır.

Mənim fikrimcə situasiyanı nəzarət altında saxlayaraq hələ ki, məhdudiyyətlərə getməmək olar. Məhdudiyyət insanlar üçün işsiz qalmaq, evə qapanmaq, stressin yaşanması və bir çox əlavə problemlərin yaranması deməkdir. Məqsəd qapanmalara getmək yox, koronavirusu müəyyən müddət nəzarət altında saxlamaq və növbəti addımları doğru hesablamaq üçün zaman qazanmaqdır”.