Tribuna İnformasiya Agentliyi

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

07 Avqust

2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

TİA.AZ-a ETSN-dən verilən məlumatda deyilir ki, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.