“Qanuni oğru”lardan “Vaqner”in liderinə cavab: “Müharibəyə gedən məhkumlar…”backend

“Qanuni oğru”lardan “Vaqner”in liderinə cavab: “Müharibəyə gedən məhkumlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada fəaliyyət göstərən “Vaqner” adlı qeyri-rəsmi hərbi birləşmənin lideri Yevgeni Priqojinin həbsxnalardan birində məhkumları Ukrayna ilə müharibədə iştiraka cəlb etmək cəhdinin əks etdirən videogörüntülər qalmaqala səbəb olub.
Qaynarinfo xəbər verir ki, video yayılandan sonra sosial şəbəkələrin Rusiya seqmentində məhkumların ailələrinə yaxınlarını qorumaq barədə çağırışlar edilir.
Bundan başqa, Kremlin nəzarətindən kənar fəaliyyət göstərən Rusiya KİV-ində Priqojinin bu addımı sərt tənqidə məruz qalıb. Onun məhkumları müharibəyə cəlb etmək istəyi ölkədəki qanunsuzluğun təzahürü kimi qiymətləndirilib.
Kremlə yaxın media orqanları videodakı şəxsin Priqojin olmadığını iddia etsə də, bu iddianın “fake” olduğunu üzə çıxaran xeyli faktlar da tirajlanıb.
Rusiya mediasının yazdığına görə, məhkumları Ukrayna ilə müharibəyə cəlb etmək planı aprel ayından işə düşüb. Hələ aprel ayında ölkədəki müxtəlif həbsxanalarda məhkumlar arasında Ukrayna ilə müharibədə iştirakın vacibliyi haqqında təbliğat aparılıb. Məhkumlara müharibəyə qoşulacaqları təqdirdə azadlıq və imtiyazlar vəd edilib.
İlk belə cəhd hüquq-mühfaziə orqanlarında işləmiş şəxslər üçün nəzərdə tutulan həbsxanalarda baş verib. Məlumatlara görə, bu çağırışa əməl edənlər də olub. Lakin məhkumların əhəmiyyətli hissəsi müharibəyə qoşulmaqdan imtina edib.
Məlumata görə, daha sonra digər həbsxanalardakı məhkumlarla bu barədə söhbət aparılıb.
Konkret olaraq Priqojinin məhkumlar qarışısında çıxışını əks etdirən videoya gəlıncə, görüntülərin hansı həbsxanada çəkildiyi dəqiq məlum olmasa da, ehtimal edilir ki, “Vaqner”in lideri Rusiya Federasiyasının subyekti olan Mari El Respublikasında fəaliyyət göstərən 6 saylı koloniyaya “baş çəkib”.
Bu video yayılandan sonra Rusiyadakı “qanuni oğru”lar bəyan ediblər ki, məhkumlardan çağırışa əməl edib Ukrayana ilə müharibəyə gedənlər kriminal qaydalarla cəzalandırılacaq.
“Qanuni oğrular”ın bu fikirlərini Priqojinə cavab kimi də dəyərləndirmək olar.
Qeyd edək ki, “qanuni oğru”lar müharibənin ilk günlərində də belə bir bəyanat yaymışdılar. Rusiyanın nəzarətdən kənar mediası yazır ki, həbsxanalardakı təbliğata baxmayaraq, məhkumların çoxu müharibədə iştiraka həvəs göstərmir.