Tribuna İnformasiya Agentliyi

Qanun layihəsi müzakirə edildi

07 Noyabr

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyatı QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Təhsil məsələləri üzrə İşçi Qrupu təhsil ekspertlərinin və aidiyyatı QHT rəhbərlərinin iştirakı ilə “Məktəbəqədər təhsil haqında” qanun layihəsinin ictimai müzakirəsini keçirib.

Toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Milli Məclislə əməkdaşlığı çərçivəsində 

ölkənin qanunverici orqanının gündəliyində olan müxtəlif qanunların ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirəsini 

təşkil etdiyini deyib. F. Qurbanov təhsilin bütün cəmiyyələr üçün ən önəmli məsələ olduğunu və bu cəhətdən müvafiq 

istiqamət üzrə fəaliyyət göstərən QHT-lərin “Məktəbəqədər təhsil haqında” qanun layihəsi ilə də bağlı rəy və təkliflərini 

bildirməsinin vacib olduğunu vurğulayıb.

Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun rəhbəri, XXI Əsr Təhsil Mərkəzinin sədri Etibar Əliyev, Azərbaycan Müəllimlər 

Şurasının sədri, prof. Əjdər Ağayev Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, BDU-nun professor Şahlar Əsgərov, 

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı, “Ekoloji maarifçilik və monitorinq” İctimai Birliyinin 

sədri Qəmzə Yusubova, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova, “Potensial” Sumqayıt 

mütəxəssislər İctimai Birliyinin sədri Sahib Fərzəliyev və digər QHT təmsilçiləri çıxış edərək qanunun ictimai müzakirəsinin 

keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək bunun cəmiyyətimiz üçün böyük faydasının olacağına inandıqlarını deyiblər.

Çıxış edən ekspertlər məktəbəqədər təhsil və tərbiyə müəssisələri ilə bağlı qanun layihəsinin müzakirəsinin təhsil tariximizdə 

mühüm hadisə olduğunu bildirərək ictimai şüurun bazasını formalaşdıran uşaq baxçalarının gələcək yüksək səviyyəli kadrların 

hazırlanmasındakı rolundan danışıblar.

QHT rəhbərləri məktəbəqədər müəssisələrin uşaqların ətraf mühitlə tanış edilməsi, insanlara sevgi hissinin oyadılması, 

dünyagörüşünün formalaşdırılması və inkişafını həyata keçirilməli olduğunu bildirərək qanun layihəsinin müxtəlif maddələrinə 

dəyişikliklər edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Müzakirələr zamanı sözügedən qanun layihəsindəki bəzi müddəaların və terminologiyanın məktəbəqədər təhsilin mahiyyətinə 

uyğun olmadığı və daha sadə, bütün vətandaşların asan anlayacağı şəkildə hazırlanmasının vacib olduğu qeyd edilib. 

Toplantıda həmçinin qeyd olunub ki, məktəbəqədər təhsil və tərbiyə müəssisələrində ana dilimizin təbliğinə xüsusi diqqət 

ayrılmalıdır.

F. Qurbanov irəli sürülən rəy və təkliflərin İşçi Qrup tərəfindən Milli Məclisin müvafiq komitəsinə çatdırlacağını deyib.