“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələndibackend

“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qanlıgöl”ə zibil atan vəzifəli şəxs və sürücü cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 27-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl” adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.
Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “ZİL” markalı avtomobilin sürücüsü Bəhram Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.