Tribuna İnformasiya Agentliyi

“Qan qohumları” gəlir-FOTO

23 Sentyabr

Bu gün “Qan qohumları” serialı ilk dəfə işıq üzü görəcək. Tia.az xəbər verir ki, ATV telekanalında yayımlanacaq serialın baş rollarını əməkdar artist Zemfira Əbdülsəmədova, aktrisa İlahə Həsənova və aktyor Türkay Cəfərli ifa edir. Aktyor Bəhram Əliheydər, aktrisa Ləman İmanova və b. serialda çəkilən məşhurlar sırasındadır. Dram janrda olan serialın ssenaristləri Flora Hüseynova və Gəray Həsənovdur. Rejissor isə Sain Qəhrəmandır. Qeyd edək ki, serial həftəiçi hər gün 21:00-da ATV-də efirə gedəcək.