Tribuna İnformasiya Agentliyi

Qalmaqallı prezident vəzifəsini itirə bilər

15 Dekabr

Filippin Prezidenti Rodriqo Duterteyə impiçment tətbiq oluna bilər. 

Filippin Prezidenti Rodriqo Duterteyə impiçment tətbiq oluna bilər.

TİA.AZ xəbər verir ki, bu iddia ilə Röyter çıxış edib. Nəşrin yaydığı məlumata görə, buna səbəb prezidentin cinayətkarları şəxsən qətlə yetirdiyi ilə bağlı verdiyi açıqlamadır:

“Konstitusiyaya görə, bu, prezidentə göstərilən etimada xəyanətdir. İnsan qətli impiçment üçün əsasdır”.

Xatırladaq ki, Duterte narkotik maddə alverində şübhəli bilinən şəxsləri şəxsən öldürdüyünü açıqlamışdı. O, həmçinin ABŞ Prezidenti Barak Obamaya qarşı kəskin ifadələri ilə tanınır.