Qalib ordubackend

Qalib ordu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmiz ordu quruculuğunda inkişaf etmiş ölkələr sırasında özünə yer almışdır. Azərbaycanın  şanlı ordusu II Qarabağ Müharibəsində 44 gün ərzində nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Ordumuz erməni mifini darmadağın edərək işğal altında olan torpaqlarımızı 30 illik əsarətdən xilas etdi. Bu gün bizim ordumuz qalib bir Azərbaycan ordusu kimi tarixi qələbə qazanaraq tarix yazdı. 44 günlük vətən müharibəsində ordumuz bir daha sübut etdi ki, bizim mülki əhaliylə heç bir problemimimiz yoxdur biz ancaq haqqı ədaləti bərpa edərək öz əzəli torpaqlarımızı işğaldan azad etdik.

44 Günlük vətən müharibəsinin başlandığı ilk gündən Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşərək bütün sədləri keçərək irəliləyirdi. Lakin Azərbaycan ordusu yaxşı bilirdi ki, strateji yüksəkliklərin və Hadrut qəsəbəsinin azad edilməsi Qarabağın azad edilməsi deməkdir. Şanlı Azərbaycan ordusu bu çətin və şərəfli işi öz üzərinə götürərək bu işin öhdəsindən gəlməyi bacardı. Bununla da Şuşa  əməliyyatının keçirilməsinə zəmin yaratdı. Ordumuzun uğurlu əməliyyatı nəticəsində erməni ordusunu darmadağın edərək Şuşa şəhərini işğaldan azad etdi. Bəli bu gün bütün dünya bizim qələbəmizdən danışr. Bizim apardığımız müharibə XXI əsrin müharibəsi kimi tarixə düşdü.

Torpaqlarımızın işğal olunmasından sonra Ermənilərin ərazilərimizdə törətdikləri vəhşiliklər əsil vandalizim siyasətidir. İşğal olunun torpaqlarımız azad ediləndən sonra orada törədilmiş vəhşiliklər, dağıdılmış evlər, binalar kəsilmiş ağaclar, məhv edilmiş meşələr bir daha erməni vəhşiliklərinin bariz nümunəsidir. Biz torpaqlarımızı yenidən dirçəldəcəyik rayonlarımızda binaların böyük layihələrin icra edilməsi ağıllı kənd layihələrinin  icrası tezliklə ərazilərimizin çəçəklənməsinə gözəlləşməsinə səbəb olacaq.

Masallı rayon Qasımlı kənd sakini Bəxtim Qarayev