“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” mübarizəni dayandırdıbackend

“Qalatasaray” pley-offda, “Beşiktaş” və “Alanyaspor” mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlib. Tia.az-ın məlumatına görə, “sarı-qırmızılar” III təsnifat mərhələsində Xorvatiya “Hayduk”unu məğlubiyyətə uğradıb – 2:0. Hesabı 77-ci dəqiqədə Yunes Belhanda açıb. 86-cı dəqiqədə isə Rayan Babel yekun nəticəni müəyyənləşdirib.

“Qalatasaray” pley-offda “Villem II” (Hollandiya) – “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Türkiyənin digər təmsilçilərinə gəldikdə, “Alanyaspor” Norveçin “Rusenborq” komandasına minimal hesabla uduzub – 0:1. “Beşiktaş” isə Portuqaliyanın “Riu Ave” komandası ilə görüşün əsas vaxtını 1:1 hesablı heç-heçə ilə bitirib. “Qara qartallar”dan 15-ci dəqiqədə Güven Yalçın hesabı açsa da, Brunu Moreyra 85-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına müraciət olunub. Bu bölümdə isə “Riu Ave” daha dəqiq olub – 4:2.