“Qalan insanlar Allahın ümidinə buraxılıb” – ETİRAZbackend

“Qalan insanlar Allahın ümidinə buraxılıb” – ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət sektorunda çalışan insanların əmək haqqlarında artımlar edildi. Bu artımlardan sonra nədənsə vətəndaşlar arasında belə bir fikir formalaşıb ki, dövlət sektorunda çalışan hər bir şəxisn əmək haqqı 20 faiz artacaq. Əslində isə bu 20 faiz artım yalnız nəzərdə tutulmuş şəxslər üçündür. TİA.AZ xəbər verir ki, iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dövlət sektorunda çalışanların əmək haqlarının artırılması ilə bağlı qərar yoxdu ortalıqda.

“Biz müşahidə etdik ki, əmək haqlarının minimum məbləğinin artırılması ilə bağlı qərar qəbul olundu. Bu qərar minimum əmək haqqı səviyyəsindən aşağıda olanlara və birdə əmək haqlarının artımı vahid ştat cədvəli tənzimlənən şəxlərin əmək haqqısına təsir edəcək. Yəni, minimum əmək haqqı 20 faiz artırılsa da bu o demək deyil ki, həmin adamların əmək haqqı artımı 20 faiz olacaq. Bu artımın yalnız 300 manatdan aşağı əmək haqqı alanlara təsiri olacaq, yuxarı alanlara isə bu və ya digər dərəcədə əmək haqqı arımı ilə təmin olunacaq. Bu, vahid ştat cədvəli ilə tənzimləndiyi üçün artım olacaq.

Bunun ümumtəhsil məktəblərində və peşə təhsil məktəblərində çalışanlara aidiyyatı yoxdur. Onlarla bağlı konkret 20 faiz artımlar nəzərdə tutulub”.

İqtisadçının sözlərinə görə, dövlət sektorunda 800000 insan çalışır və onların əmək haqqı artımları çox aşağı şəkildə olacaq.

“Bir sözlə elə təsəvvür yaranmasın ki, dövlət sektorunda çalışanların hamısınının əmək haqqısı 20 faiz artacaq. Toplu şəkildə əmək haqqı artımları hardasa 8-9 faiz arasında olacaq.

Ölkənin qeyri-dövlət sektorunda çalışan kəsimin əmək haqqı artımlarına gəldikdə isə onlara da əmək haqqının minimum səviyyəsinin artımı ilə bağlı verilən qərar təsir göstərəcək. Qeyri-dövlət sektorunda 300 manatdan aşağı əmək haqqı alanların sayı azdır. Qalan insanlar isə Allahın ümidinə buraxılıb. Taleylərinin necə olacağı bilinmir. Ola bilsin ki, özül sektorda fəaliyyət göstərən hansısa sahibkar insaflı davransın və əmək haqlarında biraz artım etsin. Yəni, bu, onların insafına qalıb. Hazırda isə xərclərin artırılması ilə bağlı sahibkarlar da diqqətdi bu tərəfə yönəldirlər və deyir lər ki, “bizim imkanımız yoxdur əmək haqqını artırmağa””.