Tribuna İnformasiya Agentliyi

“Qala Sığorta”nın zərərliliyi artdı

12 İyul

“Qala Sığorta” 2018-ci ilin yanvar-iyun ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Tia.az xəbər verir ki, bu ilin ilk 6 ayında “Qala Sığorta” tərəfindən 7 434 983 manat həcmində sığorta haqqı toplanılıb. Bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 827 909 manat və ya 61,2% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən 6 ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 687 478 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 70 975 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 616 503 manat və ya təxminən 9,7 dəfə artım olub.
Ödənişlərin artım dinamikasının daha yüksək olması sığorta şirkətinin zərərlilik göstəricisini artırıb. Belə ki, 2017-ci ilin birinci yarısında “Qala Sığorta” topladığı hər 100 manatdan cəmi 1,5 manatını ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 9,2 manata yüksəlib.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Tia.az