Tribuna İnformasiya Agentliyi

“Qadınların boksunu hansı “idiot” kəşf edib…” – Ağacan Abıyev

25 İyun

Bu fikirləri deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev Unikal.org saytına müsahibəsində deyib

“Ağacan Abıyev qadın boksuna “protiv”dir” deyən deputat səbəbini belə izah edib:
 “Mən şəxsən Ağacan Abıyev qadın boksunun əlehinəyəm. Olimpiya insanlar arasında birinci dostluq üçündür. İkincisi də sağlamlıq üçündür. Bizim bədənimizdə olan artıq enerjini çıxarmaq üçün mütləq fiziki hərkət etməliyik. Mən qadınların idmanla məşğul olmasının tərəfdarıyam. Elə idman qadın üçün çox vacibdir, onlar da enerjini atmalıdır. Ən yaxşı idman növü sabah tezdən qaçışıdır. Qadınların boksunu hansı “idiot” kəşf edib bilmirəm. Ən yaxşı halda qadın heç olmasa gedib cüdo ilə məşğul ola bilər.
Qadınların qarın nahiyyəsinə zərbə alması onların gələcəkdə ana olması üçün təhlükəlidir. Onların övladlarının əlil dünyaya gəlməsinə səbəb ola bilər”.